Rusiya və Ermənistan arasında uzun müddətdir (Baş nazir Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra) davam edən siyasi və diplomatik gərginlik indi də iqtisadi sahəyə sıçrayıb.
“Yeni Sabah” xəbər verir ki, gül, “Cermuk” mineral suları ardından Moskva Ermənistandan spirtli içkilərin idxalına da qadağa qoyub.
Rusiya mətbuatı yazır ki, “Rospotrebnadzor” Ermənistandan idxal olunan keyfiyyətsiz spirtli içkilər aşkarlayıb. Toyuqlu pizza
Rusiyada “Vedi-Alko”, “Abovyan konyak zavodu” və “Şahnazaryan Şərab-konyak evi” istehsalçılarının şərab və konyak satışı dayandırılıb.
Qadağan olunan məhsullar arasında “Getap Vernaşen” (11 % spirt, 0,75 l), “Vedi Alko” xarci, “Arni əfsanələri” (12 % spirt, 0,75 l), “Erməni konyakı 5 ulduz” (40 % spirt, 0,5 l); “Şahnazaryan XO” (40 % spirt, 0,5 l) içkiləri də var.
“Rospotrebnadzor” mətbuat xidmətindən bildirilib ki, bu məhsulların məcburi tələblərə uyğun olmadığı müəyyən edilib.
Siyasi şərhçilərin fikrincə, Kremlin son addımları Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Rusiya bununla N.Paşinyana təzyiq edir və onun nüfuzunu aşağı salmağa, rəqibləri Robert Koçaryan və Samvel Karapetyanın mövqelərini möhkəmlətməyə çalışır.
Telegram kanalımız