AZ

Rusiyada Ermənistan içkilərinin satışı dayandırıldı

Rusiyada Ermənistanda istehsal olunan bəzi spirtli içkilərlə bağlı ciddi qərar qəbul edilib.

Far.Az "Rospotrebnadzor"a istinadən xəbər verir ki, aparılan yoxlamalar zamanı bir sıra erməni istehsalı alkoqollu məhsulların müəyyən standartlara uyğun olmadığı üzə çıxıb. Bu səbəbdən həmin məhsulların satışına məhdudiyyət tətbiq olunub.

Qurum bildirib ki, nəzarət tədbirləri çərçivəsində "Vedi-alko" QSC, "Abovyan konyak zavodu" MMC və "Şahnazaryan" Şərab-konyak evi" MMC-yə məxsus məhsullarda pozuntular aşkarlanıb.

Bununla əlaqədar olaraq idxalçılara və satış məntəqələrinə sözügedən içkilərin satışının dayandırılması, həmçinin məhsulların dövriyyədən yığışdırılması barədə göstəriş verilib.

Seçilən
35
far.az

1Mənbələr