AZ

İranda enerji infrastrukturu sürətlə bərpa edilir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İranın neft naziri Mohsen Paknejad ABŞ və İsrailin İranın enerji obyektlərinə yönəlmiş hücumlarından sonra bərpa prosesinin sürətlə davam etdiyini, lakin yanacağın səmərəli istifadəsi üçün xalqın dəstəyinə ehtiyac duyulduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, IRNA-nın məlumatına görə, Paknejad ölkədəki yanacaq istehlakı ilə bağlı açıqlama verib.

Nazir ABŞ və İsrailin hücumları zamanı Tehrandakı bəzi təbii qaz obyektlərinin, saxlama çənlərinin və yanacaq təchizatı zəncirinin hədəfə alındığını xatırladıb.

Paknejad zərər görən obyektlərin böyük hissəsinin qısa müddətdə yenidən fəaliyyətə başladığını qeyd edib:

“40 günlük müharibə zamanı itirdiklərimizin böyük hissəsini sürətlə bərpa etdik. Ancaq yanacağın səmərəli istifadəsi məsələsində hələ də xalqın dəstəyinə ehtiyacımız var”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr