AZ

Qarri Kasparov beynəlxalq axtarışa verildi


Rusiyalı müstəntiqlər şahmatçı Qarri Kasparovu beynəlxalq axtarışa veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi iş materiallarında deyilir.
“Q.K. Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə terrorizmin əsaslandırılması) və 330.1-ci maddəsinin 2-ci hissəsi (xarici agentin fəaliyyəti üçün prosedurların pozulması) ilə cinayətlərdə (qiyabi şəkildə) ittiham olunub. Kasparov beynəlxalq axtarışa verilib”, - sənəddə deyilir.
Xatırladaq ki, dekabrın 2025-ci ilin 22-si Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Kasparov üçün Rusiya Federasiyasına ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan və ya Rusiya Federasiyasında faktiki olaraq saxlanıldığı andan iki ay müddətinə məhkəməyəqədər həbs qərarı verib. Moskva Şəhər Məhkəməsi bu qərarı qanuni hesab edib və o, qüvvəyə minib.
Seçilən
25
yeniavaz.com

1Mənbələr