AZ

Meta “Forum” tətbiqini istifadəyə verdi

Meta “Forum” tətbiqini istifadəyə verdi

Meta Facebook qruplarını mərkəzinə alan yeni “Forum” tətbiqini səssiz-səmirsiz təqdim edib.

AFN.az xəbər verir ki, Haber Globala istinadən yayılan məlumata görə, Reddit bənzəri quruluşu ilə diqqət çəkən tətbiq anonim paylaşımlar, icma müzakirələri və süni intellekt dəstəkli funksiyalarla istifadəyə verilib.

Şirkətin iPhone istifadəçiləri üçün hazırladığı bu yeni proqram, xüsusilə Facebook qruplarını aktiv istifadə edən şəxslərə fokuslanır və istifadəçilərin maraq dairələrinə görə qruplardakı söhbətləri tək bir axında görmələrini hədəfləyir.

Meta “Forum”u insanların ən önəmli hesab etdiyi müzakirələr üçün xüsusi bir məkan kimi təsvir edir.

Tətbiqə giriş üçün Facebook hesabı tələb olunur və istifadəçilərin fəaliyyəti əsas Facebook profilləri ilə əlaqəli işləyir.

Bununla yanaşı, istifadəçilər təxəllüsdən istifadə edə bilirlər, lakin qrup idarəçiləri onların real şəxsiyyət məlumatlarına çıxış əldə edə bilirlər.

Tətbiq Facebook axınından fərqli olaraq, yalnız qrup daxili müzakirələrə fokuslanır.

Şirkət həmçinin tətbiqə iki mühüm süni intellekt funksiyası əlavə edib.

“Ask” adlı alət istifadəçilərin suallarına qruplar arasındakı məzmunları skan edərək cavab tapmağa çalışır.

Digər funksiya isə qrup idarəçilərinə məzmun moderatorluğu mövzusunda kömək edən süni intellekt köməkçisidir.

Hazırda test mərhələsində olan “Forum”un istifadəçi rəylərinə uyğun olaraq təkmilləşdirilməsinə davam edilir.

Seçilən
54
afn.az

1Mənbələr