İyunun 21-dən 27-dək Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılıb.
Bu barədə AFAZ-dan (Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı) bildirilib.
Missiya çərçivəsində Türkiyə-Azərbaycan-Qana biznes forumu, B2B və B2G formatında görüşlər keçiriləcək. Bundan başqa, müəssisələrin fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.