AZ

Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib

Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rospotrebnadzor- İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistandan idxal edilən keyfiyyətsiz spirtli içkilər müəyyən edilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada Vedi-Alco, Abovyan Brandy Factory və Shahnazaryan Wine and Brandy House şirkətlərinin şərab və konyaklarının satışı dayandırılıb.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan gül idxalını və Cermuk suyunun idxalı və satışını dayandırıb.

Seçilən
52
3
apa.az

4Mənbələr