AZ

Arıçılıq və heyvandarlıq təsərrüfatlarının Kəlbəcərə köçü başlanır

Kəlbəcər rayonuna 2026-cı ilin yay mövsümü ilə əlaqədar arıçılıq, iri və xırda buynuzlu heyvandarlıq fermer təsərrüfatlarının köçürülməsinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Musavat.com-un xəbərinə görə, aidiyyəti rəsmi qurumlar tərəfindən mövsümi köç prosesinin təşkili istiqamətində tədbirlər görülür. Məlumata görə, artıq arıçı və fermerlərin qeydiyyatı üçün elektron portallar istifadəyə verilib, aktivləşdirilib. Portallar vasitəsilə yaylaq sahələrindən istifadə etmək istəyən təsərrüfat sahibləri müraciətlərini onlayn şəkildə təqdim edə bilirlər. Yaxın günlərdə isə Kəlbəcər istiqamətində mövsümi köç prosesinin mərhələli şəkildə başlaması gözlənilir. Təsərrüfatların əsasən Suqovuşan-Ağdərə yolundan istifadə etməklə Kəlbəcərə köçürüləcəyi bildirilir.

Picture

Eyni zamanda, bildirilir ki, köç zamanı təhlükəsizlik, logistika və təsərrüfatların yerləşdirilməsi ilə bağlı məsələlər nəzarətdə saxlanılacaq. Arıçılıq fəaliyyəti ilə məşğul təsərüfatlar üçün flora ehtiyatlarının əlverişli olduğu ərazilə, maldarlıq və qoyunçuluq təsərürfatları üçün isə daha uyğun əlverişli otlaq sahələri müəyyənləşdirilib.

Qeyd edək ki, son illər Kəlbəcər rayonunda kənd təsərrüfatı və arıçılıq potensialının bərpası istiqamətində geniş işlər aparılır. Rayonun zəngin təbii-iqlim şəraiti yay mövsümündə həm heyvandarlıq, həm də arıçılıq fəaliyyəti üçün əlverişli hesab olunur.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
56
1
musavat.com

2Mənbələr