AZ

Prezident: "Azərbaycanın post-münaqişə yenidənqurma modeli nümunə kimi qiymətləndirilir"

Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib.

“Urbisid, kultursid və ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”, - paylaşımda qeyd olunub.

"Cebheinfo.az" 

Seçilən
67
7
cebheinfo.az

9Mənbələr