AZ

ABŞ səfirliyi qarşısında aksiya keçirilir

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kubada on minlərlə insan keçmiş Kuba Prezidenti Raul Kastroya dəstək nümayiş etdirmək məqsədilə ABŞ səfirliyinin qarşısına toplaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Kuba hökumətinin çağırışı ilə paytaxt Havanada toplanan on minlərlə şəxs Vedado qəsəbəsindəki ABŞ səfirliyinin qarşısında yerləşən "Xose Marti Anti-Imperialist Kürsüsü" adlı mitinq meydanında bir araya gəlib.

Əllərində inqilab rəmzi olan bayraqlar və Raul Kastronun afişalarını daşıyan kubalılar ABŞ-a və ada ölkəsinə tətbiq edilən embarqolara etirazlarını bildiriblər.

"Malekon" sahil yolu boyu bir müddət Kuba bayraqları ilə yürüş edən izdihamlı qruplar "Raul demək Raul deməkdir" şüarları səsləndiriblər.

Kuba Prezidenti Miqel Diaz-Kanel sosial şəbəkə hesabında etdiyi paylaşımda Kastroya dəstəyini ifadə edib.

Diaz-Kanel paylaşımında bu fikirlərə yer verib:

"Kuba üçün və Raul üçün Anti-Imperialist Kürsüsündəyik. Bunun heç bir hüquqi əsası olmayan siyasi bir addım olduğunu düşünürük. Bu cəhd hərbi təcavüzə bəraət qazandırmaq məqsədilə uydurulan dosyanı böyütməkdən başqa bir məna kəsb etmir".

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr