ain.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanda seçicilərin pulla ələ alınması (seçki rüşvətxorluğu) işi üzrə aparılan təhqiqatlar çərçivəsində son 2 gündə daha 21 nəfər saxlanılıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən məlumat verilib.
Rəsmi açıqlamaya görə, hazırkı vaxta qədər saxlanılan şəxslərdən 13-ü barəsində artıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.