AZ

MY Ederson üçün nə qədər ödəyəcək? - MƏBLƏĞ

"Mançester Yunayted"in yarımmüdafiəçi Edersonun transferi üçün "Atalanta"ya nə qədər ödəyəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sportitalia"nın jurnalisti Mikele Kristiello yayıb.

Məlumata görə, tərəflər artıq razılaşıb və 26 yaşlı futbolçunun keçidi "qırmızı şeytanlar"a 50 milyon avroya başa gələcək.

Cari mövsüm bütün turnirlərdə 41 matça çıxan Ederson 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Berqamo klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı orta xətt oyunçusunun teansfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
47
1
fanat.az

2Mənbələr