AZ

Deputat: “Uşaqpulu” məsələsi həllini tapacaq”

“Uşaqpulu” məsələsi vaxtaşırı qaldırılır. Hesab edirəm, həllini tapacaq. Digər ölkələrin təcrübəsi və Azərbaycanın imkanları öyrənilməlidir. “Uşaqpulu” məsələsinin həll ediləcəyinə inanıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ölkə vətəndaşlarının hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi, iş yerlərinin, biznes fəaliyyəti üçün şəraitin yaradılması, ona qayğı göstərməsi, ən əsası vətəndaşların sosial rifahı hər zaman Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqətində olan məsələlərdir və bununla bağlı cəmiyyət vaxtaşırı məlumatlar alır, yeniliklər görür.

Bizim.Media

Seçilən
16
2
bizim.media

3Mənbələr