AZ

“Sabah”dan ayrılır, Premyer Liqa klubu ilə danışıqlara başladı

“Sabah”dan ayrılacaq oyunçu Premyer Liqa klubunun gündəminə gəlib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət qapıçı Nicat Mehbalıyevdən gedir. “Bayquşlar” qolkiperlə sözləşmə yeniləmir. Onunla yollar ayrılacaq.

Əldə etdiyimiz digər məlumata görə, 26 yaşlı qapıçı ilə “Qəbələ” maraqlanır. Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.

Hələlik razılıq olmasa da, danışıqlar davam edəcək.

Həsən Quluzadə

Seçilən
64
idmanxeber.az

1Mənbələr