AZ

İrana yeni hücum iddiası – Tramp buna görə oğlunun toyunda iştirak etməyəcək...



ABŞ-İran gərginliyi ilə bağlı yeni bir iddia ortaya atıb. ABŞ mediası mökumət mənbələrinə istinadən, ABŞ prezidenti Trampın İrana qarşı yeni hücum dalğası başlatmağa hazırlaşdığını yazır.

Trampın oğlunun toyunda iştirak etməmək qərarı verdiyi və həftəsonu Ağ Evdə qalacağı bildirilib, bəzi Amerika hərbçiləri və kəşfiyyat agentliyinin üzvləri də həftəsonu planlarını ləğv ediblər. Buna baxmayaraq, Trampın mümkün yeni hücum dalğası ilə bağlı hələlik yekun qərar vermədiyi qeyd edilib.

“Axios” xəbər saytı isə Trampın İran məsələsini müzakirə etmək üçün milli təhlükəsizlik komandasının yüksək vəzifəli üzvləri ilə bir araya gəlib. “Axios”a danışan mənbələr bildiriblər ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmasa, Tramp yeni hücumları ciddi şəkildə nəzərdən keçirəcək.

Tahir TAĞIYEV

Seçilən
35
baki-xeber.com

1Mənbələr