AZ

Əsədin generalı saxlanıldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd dövründə mühüm hərbi vəzifələr tutan general-mayor Məhəmməd Möhsün Niyuf saxlanılıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general Həma şəhərində keçirilən əməliyyat çərçivəsində ələ keçirilib.

Qeyd edək ki, Məhəmməd Möhsün Niyuf Əsədin dövründə Suriya ordusunda 3-cü Korpusun, 18-ci Tank Diviziyasının və 11-ci Diviziyanın Qərargah rəisi vəzifələrində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
axar.az

3Mənbələr