AZ

Ağır QƏZA- ÖLƏN VAR

Ajans.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib. Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Şükürovu vurub. Bundan sonra maşın yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb, “VAZ” yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Xəsarət alan piyadanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
18
Ajans.az

1Mənbələr