ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az xəbər verir ki, Altındağ rayonunda hərəkətdə olan və yük daşıyan hissəsi qaldırılmış vəziyyətdə hərəkət edən yük maşını piyada keçidinə çırpılıb.
Hadisənin təsirindən beton keçid uçaraq yolun üzərinə dağılıb. Arxadan gələn avtobus və minik avtomobili həm yük maşınına, həm də dağılan konstruksiyaya çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya çatdırılıblar. Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzadan sonra Turgut Özal Bulvarı istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, uzun tıxac yaranıb. Dağılan keçid və nəqliyyat vasitələri yoldan götürüldükdən sonra hərəkət nəzarətli şəkildə bərpa edilib.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəza anı müşahidə kameraları tərəfindən də qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.