Türkiyənin pop-müğənnisi Tan Taşçının konsertində gözlənilməz hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, müğənni pərəstişkarları ilə selfi çəkdirmək üçün səhnənin kənarına yaxınlaşarkən az qalan alışıb yanacaqdı. Buna səbəb səhnənin dekorasiyası üçün quraşdırılmış alov generatorlarından birinin işə düşməsi olub.
Müğənni əyilən kimi alov birdən açılıb və ifaçının üzünü bürüyüb. Hadisə nəticəsində onun saçının ön hissəsi yanıb. Yağışın yağmasına və baş verən hadisəyə baxmayaraq Tan Taşçı konserini davam etdirib.
Sözügedən görüntülərini təqdim edirik:
Bizim.Media