AZ

Ermənistan XİN Lavrova cavab verdi

BAKI, 23 may. TELEQRAF

Ermənistanın bu və ya digər beynəlxalq tərəfdaşla qurduğu ikitərəfli münasibətlər üçüncü bir tərəfə qarşı yönəlməyib.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edən A.Mirzoyan qeyd edib ki, tərəflər danışmalı, bir-birini anlamalı və həll yolları tapmalıdırlar:

"İstənilən ölkənin münasibətlərində problemlər yarana bilər. Biz gərginliyin daha da artmasında maraqlı deyilik. Ərik, şərab və ya araq ixracı ilə bağlı problemlər 10-15 il əvvəl də yaranırdı. Biz bu məsələləri həmkarlarımızla konstruktiv və sağlam mühitdə müzakirə edəcəyik. Ümid edirəm ki, həll yollarını tapacağıq".

Sergey Lavrov bundan əvvəl bəyan edib ki, Qərb ölkələri Moskvaya ziyan vurmaq üçün İrəvanı yanlış istiqamətə yönəltmək siyasəti yürüdür.

Seçilən
19
teleqraf.com

1Mənbələr