
Avropa ölkələrində yeraltı qaz anbarlarına qaz vurulması minimum səviyyəyə düşüb.
AFN.az xəbər verir ki, bu barədə “Qazprom” şirkəti öz Telegram kanalında məlumat yayıb.
Şirkətin açıxlmasında bildirilir ki, mayın 20-də Avropanın yeraltı qaz anbarlarına qaz vurulması ilə bağlı növbəti antirekord qeydə alınıb. Məlumata görə, ehtiyatların bərpası müşahidələrin aparıldığı bütün dövr ərzində həmin tarix üçün ən aşağı səviyyəyə enib.
“Qazprom” qeyd edib ki, Avropanın iki ən böyük iqtisadiyyatı olan Almaniya və Fransa artıq qazın xalis şəkildə anbarlardan çıxarılmasına keçib. Bildirilir ki, bu ölkələrdə qaz götürülməsi həcmi anbarlara vurulan qazın həcmini üstələyib.
Bundan əvvəl Macarıstanın baş naziri Peter Madyar Avropanın yenidən Rusiya qazını almağa başlamasının şərtini açıqlamışdı. O bildirmişdi ki, müharibə başa çatdıqdan sonra Avropa İttifaqı yenidən Rusiya qazının alınmasına qayıdacaq, çünki bu qaz daha ucuzdur. Baş nazirin sözlərinə görə, bunu rəqabət və coğrafi amillər diktə edir.