Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi Qərb media qurumlarının, o cümlədən BBC-nin Starobelsk şəhərinə səfər etməkdən imtina etdiyini deyib. O, həmçinin Yaponiya hakimiyyətinin rusiyada akkreditə olunmuş yapon jurnalistlərə hadisə yerindən reportaj hazırlamağı qadağan etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Zaxarova jurnalistlərə açıqlamasında Qərb mediasının reaksiyasını “tam ikrah hissi doğuran münasibət” kimi qiymətləndirib.
“Bir sıra media qurumlarından aldığımız reaksiya bizdə ciddi narazılıq yaratdı. Söhbət Qərb və şərti olaraq NATO mərkəzli ölkələrin mediasından gedir. BBC bizə bu səfərdə iştirak etməkdən rəsmi şəkildə imtina etdiyini bildirdi. Onlar heç bir əsaslandırma da təqdim etmədilər. Sadəcə qeyd etdilər ki, bu onların şüurlu qərarıdır və hazırda orada baş verənləri çəkməyəcəklər”, – deyə Zaxarova vurğulayıb.
Rusiyalı diplomatın sözlərinə görə, CNN nümayəndələri isə həmin dövrdə “məzuniyyətdə olduqlarını” bildiriblər.
Zaxarova əlavə edib ki, Tokio tərəfindən də müəyyən məhdudiyyətlər tətbiq olunub. Onun iddiasına görə, Yaponiya rəsmiləri Rusiyada akkreditə olunmuş yapon jurnalistlərə vəziyyətin işıqlandırılmasında iştirak etməyi birbaşa qadağan ediblər.
Qeyd edək ki, Starobelskdə baş vermiş hadisə ilə bağlı detallı məlumat açıqlanmasa da, Rusiya tərəfi beynəlxalq media nümayəndələrinin bölgəyə səfər etməsi üçün çağırış edib. Moskva Qərb mediasının səfərdən imtinasını informasiya siyasəti və hadisələrin işıqlandırılmasına selektiv yanaşma kimi qiymətləndirir.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.