AZ

Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı

Uzun illər Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və Milli Güləş Federasiyasının prezidenti olan mərhum Cavanşir Qurbanovun anım günü qeyd olunub.

Publik.az xəbər verir ki, “Cavanşir” İdman Klubunun prezidenti, prezident təqaüdçüsü, polkovnik Mircəlal Qurbanov atasının əziz xatirəsinə dərin ehtiramla öz “Facebook” səhifəsində yazı paylaşıb. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik:

«21 may. Bu tarix bizim üçün sadəcə bir gün deyil. Bu tarix qəlbimizin bir parçasının səssizcə bizdən ayrıldığı gündür. Bu gün atamız Qurbanov Cavanşirin haqq dünyasına qovuşduğu gündür.

O gündən bir il keçir. Amma elə bil zaman bizim üçün həmin gündə dayanıb. Çünki bəzi insanlar dünyadan köçəndə təkcə bir insanı yox, bir ocağın istiliyini, bir evin gücünü, bir ailənin arxasını da özü ilə aparır. Atamız bizim üçün sadəcə ata deyildi. O, evimizin dirəyi, ocağımızın qüruru, nəslimizin müdrik ağsaqqalı idi.

Seçilən
16
publika.az

1Mənbələr