"Trabzonspor"un futbolçusu Krist Kulay sosial şəbəkə hesabında etdiyi paylaşımları ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, gənc oyunçu şəxsi hesabından ard-arda iki paylaşım edərək "Siz türklər irqçisiniz" şərhini əlavə edib. Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.
Qeyd edək ki, Kulay sözügedən paylaşımları qısa müddət sonra profilindən silib.

