AZ

CHP parçalanacaq, Özəl yeni partiya yaratmağa məcbur qalacaq Süleyman Erdem (MÜSAHİBƏ)

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Siyasəti dizayn edənlərin məqsədinin müxalif seçicidə ümidsizlik yaratmaq və iqtidardan narazılığı artan seçicidə “müxalifət ölkəni idarə edə bilməz” düşüncəsini gücləndirməkdir"

"Sorğulara görə həm iqtidardan, həm də müxalifətdən ümidini kəsən, qərarsız qalan seçici sayı artır. Vəziyyət qarşıdakı dövrdə yükü və keçmişi olmayan yeni siyasi aktorların ortaya çıxmasına səbəb olacaq"

Türkiyədə yaşanan siyasi proseslər, xüsusilə müxalifət daxilindəki liderlik mübahisələri və seçki strategiyaları müxalif sistemin gələcəyi ilə bağlı müxtəlif fikirlər yaradır.

CHP-də yaşanan rəhbərlik böhranı, müxalifətin parçalanma ehtimalı və bunun prezident seçkilərinə mümkün təsirləri də hazırda gündəmin əsas mövzularındandır.

Müxalifət daxilində baş verən dəyişikliklər və yeni siyasi ehtimallar isə qarşıdakı dövrdə Türkiyədə siyasi balansın necə formalaşacağı barədə suallar yaradır. 

Sahipkıran Strateji Araşdırmalar Mərkəzinin drektoru Süleyman Erdem Türkiyə gündəmini zəbt edən mövzularla bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Bir çıxışınızda Türkiyədə siyasətin dizayn edildiyini söyləmisiniz. Bu dizayn necə olacaq?

-AKP hökuməti təxminən 24 ildir ki, təkbaşına hakimiyyətdədir. AKP-nin 2001-ci ildə qurulmasından sonra, həmin dövrün koalisiyası ortağı MHP-nin hökuməti gözlənilməz şəkildə erkən seçkiyə məcbur etdi. Həmin vaxt keçirilən ilk seçkidə AKP-nin hakimiyyətə gəlməsindən etibarən, müxalifətin iqtidara alternativ yarada bilməyəcək formada dizayn edildiyinin şahidi olduq.

2007-ci il seçkilərində AKP-yə alternativ yaratmaq məqsədilə ANAP və DYP-nin birləşmə təşəbbüsü son anda uğursuz oldu. FETÖ-nün xüsusilə məhkəmə sistemində təşkilatlanmasının qarşısını açan 2010 Konstitusiya Referendumu öncəsində həmin dövrün CHP sədri Deniz Baykala aid olduğu iddia edilən gizli kamera görüntüləri internetə sızdırıldı. Deniz Baykalın istefa etməsi ilə yerinə Kamal Kılıçdaroğlu CHP sədri seçildi. 2011 seçkilərində MHP-nin önəmli simalarının şəxsi həyatına aid görüntülər internet üzərindən yayımlandı. 2014-cü il prezident seçkilərində MHP və CHP-nin xalq arasında qarşılığı olmayan bir şəxsi (Ekmeleddin İhsanoğlu) prezidentliyə namizəd göstərdi, lakin kampaniyasına yetərincə dəstək vermədi. 2015-ci ilin iyun seçkilərində AK Parti təkbaşına hökumət qura bilmədiyi halda MHP-nin müxalifətin baş nazirlik təkliflərini rədd edərək seçkinin yenilənməsində israr etdi. Həmin ilin noyabr seçkilərində AK Parti yenidən güclü şəkildə hakimiyyətə gəldi. MHP-dən deputatlığa namizəd göstərilməyən Meral Akşenerin fövqəladə qurultay prosesində MHP rəhbərliyinə gəlməsinin yerli məhkəmə qərarı ilə əngəlləndi. Onlar İYİ Partiyanı qurmaq məcburiyyətində qaldı. 2017-ci il konstitusiya referendumunda möhürsüz səslərin qəbul edilməsini müxalifət qəbul etmədi. 2018-ci il prezident seçkilərində Meral Akşener qazana bilməyəcəyini bilə-bilə namizədlikdə israr etdi. Muharrem İnce seçicilərini məyus etdi. Bunlarla bərabər, 2023 seçkilərində isə sorğulara görə qazanma ehtimalı daha yüksək olan namizədlər əvəzinə ən aşağı səsi aldığı görünən Kamal Kılıçdaroğlunun namizədlikdə israr edərək seçkini uduzması kimi bir çox hadisə siyasəti bir gücün dizayn etdiyini düşündürür.

Siyasəti dizayn edən gücün prezident üsul-idarəsinin davam etməsini və Prezident Ərdoğanın yenidən seçilməsini hədəflədiyi anlaşılır. Bu məqsədə nail olmaq üçün müxalifətin parçalanması və hamının üzərində razılaşa biləcəyi güclü prezident namizədi çıxara bilməməsi lazımdır.

Bunun üçün sorğularda AKP-yə yaxın səs aldığı görünən CHP-nin bir-birinə rəqib və düşmən iki hissəyə bölünməsi, hər iki strukturun da prezidentlik üçün sorğularda önə çıxan şəxslər əvəzinə mübahisəli şəxsləri namizəd göstərməsi və seçicidə ümidsizlik yaratması lazımdır. Müxalif prezident namizədlərinin çoxalması və müxalif seçicinin tək bir namizəd ətrafında birləşməsinin qarşısının alınması da bu planın bir hissəsidir.

Bu kontekstdə, Əkrəm İmamoğlunun siyasi səhnədən uzaqlaşdırıldığı bir şəraitdə, sorğularda yüksək dəstək görən Mansur Yavaşın da güclü alternativ olmasının qarşısı alınır. Onun məhkəmə işləri ilə sıxışdırılmış vəziyyətdə müxalif milliyyətçi partiyaların namizədinə çevrilməsi və ötən seçkidə Sinan Oğanın etdiyi kimi ikinci turda AKP namizədinin xeyrinə çəkilməsinin təmin altına alınması da bu planın bir hissəsidir.

-Kılıçdaroğlu CHP-dən gedə bilərmi?

-Qarşıdakı prosesdə Kılıçdaroğlunun CHP-sindən ayrılmaq məcburiyyətində qalacaq Özgür Özəl və komandasının yeni partiya qurması və ya mövcud partiyalardan birini ələ keçirməsi ehtimalı var. Eyni zamanda həm CHP-nin, həm də Özgür Özəl liderliyindəki yeni partiyanın Mansur Yavaşı namizəd göstərməməsi mümkün görünür. Bu şəraitdə Mansur Yavaşın, məhkəmə işləri ilə sıxışdırılmış Zəfer Partiyasının öncülük etdiyi milliyyətçi blokun namizədi olması ssenarisi də gündəmə gələ bilər. Bununla yanaşı, Anahtar Partiya və digər müxalif partiyaların da ayrıca namizədlərlə seçkiyə qatılması müxalifətdə parçalanmış mənzərə yarada bilər.

Nəticədə isə yaranacaq dağınıq siyasi tabloda AKP namizədinin “sabitlik” vədi ilə yenidən favoritə çevrilməsi ehtimalının yüksək olduğunu düşünürəm.

-CHP daxilində rəhbərlik mübahisəsi real parçalanma riskini artırırmı, yoxsa bu sadəcə rəhbərlik dəyişikliyi olaraqmı qalacaq?

-Bunun sadəcə rəhbərlik dəyişikliyi kimi qalması, siyasəti dizayn edənlər baxımından faydalı olmaz. Çünki Kılıçdaroğlunun partiyanı Özgür Özəl və komandasına qəti şəkildə təslim etməyəcəyini, yeni qurultaya qədər nümayəndələrini buna uyğun yenidən formalaşdıraraq CHP-nin başında qalmağa çalışacağını düşünürəm.

Bu vəziyyətdə Kılıçdaroğlu liderliyindəki CHP-yə seçici marağı azalacaq. Əgər Özgür Özel liderliyində yeni partiya qurulmasa, CHP seçicisinin İYİ Parti kimi başqa partiyalara yönələcək. Bunun da iqtidar baxımından risk yarada biləcəyi qənaətindəyəm. Buna görə CHP-nin bölünməsinin qaçılmaz olduğunu proqnozlaşdırıram.

-Özgür Özəl və komandası yeni partiya variantını gündəmə gətirə bilərmi?

-Hazırda bunu siyasi baxımdan inkar edirlər. Amma proses içində buna məcbur qalacaqlar. Meral Akşener də MHP sədrliyinə namizəd olduğu dövrdə qarşısına maneələr çıxarılanda yeni partiya qurmağı düşünmədiyini deyirdi. Lakin sonda buna məcbur edildi. Özgür Özəl və komandası da bənzər prosesi yaşayacaq.

-Bu böhran Türkiyədə müxalifətin ümumi strategiyasını dəyişə bilərmi?

-Müxalif aktorların zəiflikləri səbəbilə ümumilikdə siyasət dizayn edənlərin nəzarətindədir. Buna görə də qurulan planı poza biləcək, çıxış edə biləcək vizyona sahib olmadıqları kimi, belə bir planı pozmaq istiqamətində güclü iradələrinin də olmadığı qənaətindəyəm.

Bu səbəbdən, müxalifətin ayaqları yerə basan müstəqil strategiyasının onsuz da olmadığını düşünən biri kimi, mövcud böhranın ciddi strateji dəyişikliyə səbəb olmayacağını düşünürəm.

-Müxalifət daxilində parçalanma ehtimalı realdırsa, bu seçici davranışına necə təsir edəcək?

-Siyasəti dizayn edənlərin məqsədinin müxalif seçicidə ümidsizlik yaratmaq və iqtidardan narazılığı artan seçicidə “müxalifət ölkəni idarə edə bilməz” düşüncəsini gücləndirməkdir.

Müxalifətin parçalanmasının və seçicinin ölkə problemləri əvəzinə onların daxili problemləri ilə məşğul olmasının, seçicidə onsuz da mövcud olan bu düşüncələri daha da gücləndirəcək.

-Bu prosesin Prezident seçkilərinə və ümumi siyasi atmosferə uzunmüddətli təsiri nə ola bilər?

-Proses seçicinin mövcud siyasi partiyalara və siyasi aktorlara olan etimadını sarsıdır və cəmiyyətdə dəyişiklik istəyi yaradır. Sorğulara görə həm iqtidardan, həm də müxalifətdən ümidini kəsən, qərarsız qalan seçici sayı artır. Vəziyyət qarşıdakı dövrdə yükü və keçmişi olmayan yeni siyasi aktorların ortaya çıxmasına səbəb olacaq. Bu, aktorların seçicidən maraq görməsinə zəmin yaradacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
sherg.az

1Mənbələr