AZ

Pakistan Müdafiə Nazirliyi: İran-ABŞ münaqişəsinin həllində irəliləyişlər var

BAKI, 23 may. TELEQRAF

Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirin İrana səfəri son dərəcə məhsuldar olub və bu, Tehranla Vaşinqton arasındakı münaqişənin həllində irəliləyişə müsbət təsir edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İdarə Heyətinin məlumatında qeyd olunub.

"Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munir İrana qısa, lakin yüksək məhsuldar rəsmi səfərini başa vurdu. Səfər zamanı Feldmarşal 8 aprel 2026-cı il tarixində ABŞ və İran arasında atəşkəsdən sonra davam edən regional gərginliklər fonunda gərginliyin azaldılmasına və konstruktiv qarşılıqlı əlaqəyə yönəlmiş vasitəçilik səylərinin bir hissəsi olaraq İranın yüksək səviyyəli rəhbərliyi ilə görüşlər keçirib. Son 24 saat ərzində aparılan intensiv danışıqlar münaqişə tərəfləri arasında yekun anlaşmaya nail olmaqda irəliləyişi təşviq edib" - məlumatda qeyd olunur.

Müzakirələrdə danışıqlar prosesini sürətləndirmək və Tehranla Vaşinqton arasında yekun razılaşmanın əldə edilməsinə kömək etmək məsələləri müzakirə olunub.

Munir İranın xarici işlər naziri Abbas Araqçi, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və İran prezidenti Məsud Pezeşkian ilə görüşüb. ISNA-nın xəbər verdiyi kimi, İslamabadın səyləri fikir ayrılıqlarını həll etməyə yönəlib, lakin komandanın səfəri ilkin şərtlər üzrə anlaşma əldə etmək demək deyil.

Seçilən
39
1
teleqraf.com

2Mənbələr