Yeşilçamın unudulmaz simalarından olan Suna Selen illər sonra usta aktyor Münir Özkul ilə boşanma səbəbləri barədə diqqətçəkən açıqlama verib.
Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, 86 yaşlı sənətçi Özkulun ona "Mənim təzə qana ehtiyacım var, sən çox ciddisən" dediyini bildirib.
O, münasibətlərini "Biz heç vaxt sevgili olmadıq, sadəcə dost idik" sözləri ilə ifadə edib.
"Tatlı Röportajlar" proqramına danışan Suna Selen qızları dünyaya gələrkən yaşanan bir dialoqu da ilk dəfə ictimaiyyətə açıqlayıb.
Münir Özkulun ilk həyat yoldaşı Şadan Özkulun uşağın adında öz adının da olmasını istədiyini deyən Selen həmin anları belə nəql edib:
"Məsələn, bizim övladımız dünyaya gəldi. Şadan Münirə deyib ki, uşağa mənim də adımı qoyun. Münir mənə bunu deyəndə "Qoyaq" dedim. Beləcə, qızımızın adını Günər Şadan Özkul qoyduq. Bir müddət sonra, yəni Münir spirtli içkidən tamamilə uzaqlaşıb təmizləndikdən sonra Şadan xanım ikinci bir tələblə çıxış etdi. Münir mənə gəlib dedi ki, "Şadan məndən boşandın, indi ondan da boşan deyir". Mən də "Yaxşı, boşanaq" dedim. Baxın, bu, stolüstü tennis topu kimi bir şeydir. Raketinizə top gələrsə, onu irəli vurarsınız".
Musavat.com


