Çinin Şansi əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində 90 işçi həlak olub.
Turkustan.az xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, bu səhər Çanci əyalətinin Çinyuan qraflığındakı kömür mədənində qaz partlayışı baş verib.
247 işçinin işlədiyi bildirilən mədəndə ilkin məlumatlara görə, 90 işçi həyatını itirib.
Dağıntılar altında qalan işçilər üçün axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar var.
Kömür mədənində baş verən partlayış son illərdə Çində baş verən ən ölümcül mədən qəzalarından biri olub.
Bildirək ki, 2023-cü ildə Daxili Monqolustan Muxtar Bölgəsində açıq mədən çökməsi nəticəsində 53 işçi həlak olmuşdu.
Aytən Yaşar/ Turkustan.az