AZ

ABŞ-da Banişevskini unutmayan adama AFFA, "Qarabağ" və "Neftçi"dən xüsusi diqqət

Anatoli Banişevskinin xatirəsinə həsr olunan və hər il Nyu-Yorkda keçirilən ənənəvi turnir bir neçə gün əvvəl başa çatdı.

İştirakçılar arasında "Neftçi"nin və milli komandanın veteran oyunçusu Arif Əsədov da yer alıb.

Təcrübəli futbol adamı Sportinfo.az-a açıqlamasında okeanın o biri tərəfinə baş tutan səfəri barədə geniş məlumat verib:

"Dəvət uzun müddət Azərbaycanda yaşamış, "Kəpəz", "Neftçi", "Mingəçevir" və "Qarabağ"da oynamış Arif Zərbəliyev tərəfindən gəldi. Anatoli Banişevski adına bu turnir artıq ənənə halına çevrilib. Neçə illərdi keçirilir. Bu il həm də "Neftçi"nin 1966-cı ildə qazandığı bürünc medalın il dönümü ilə üst-üstə düşdü.

İlk olaraq böyüklər arasında "Dinamo Tiflis", "Paxtakor", "Neftçi" və "Nyu York" adlı komandalar meydana çıxdı və "Neftçi" qalib gəldi.

İkinci mərhələdə 8-10-12-14 yaşlılar arasında turnir keçirildi. Başqa xüsusi qonaqlar da vardı. Nyu Yorkun Bruklin rayonunun meri iştirak edirdi. Diaspora və səfirlikdən nümayəndələr vardı. Çox yüksək səviyyədə turnir keçirildi.

Bundan başqa Arif Zərbəliyevi AFFA-nın baş katibi Cahangir Fərəcullayev tərəfindən gördüyü işlərə görə ayrılmış xüsusi diplomla təbrik elədim. Bakı Futbol Federasiyasının rəhbəri Tahir Süleymanov tərəfindən göndərilən xüsusi diplomu və təbrikləri Arif Zərbəliyevə çatdırdım.

Arif Zərbəliyevin 65 illiyi olduğu üçün Azərbaycanda oynadığı klublar xüsusi hədiyyələr göndərmişdi. "Neftçi", "Kəpəz" və "Qarabağ" furbol klubuna öz təşəkkürümü bildirirəm. Xüsusi hazırlanmış formalar və atributları ilə onu təbrik elədilər"

XANOĞLAN

Seçilən
40
sportinfo.az

1Mənbələr