AZ

Həlak olan baş konsul kim idi?

Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov faciəvi şəkildə həlak olub.

Redaktor.az xəbər verir ki, hadisə İran ərazisində Culfa–Təbriz magistral yolunda baş verən avtomobil qəzası nəticəsində baş verib. Qəza zamanı diplomat aldığı ağır xəsarətlərdən vəfat edib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumatı təsdiqləyərək mərhum diplomatın ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Ramil İmranov uzun illər diplomatik fəaliyyətlə məşğul olub. O, daha əvvəl Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində müşavir vəzifəsində çalışıb, son dövrlərdə isə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda konsul vəzifəsini icra edirdi.

Seçilən
21
1
redaktor.az

2Mənbələr