AZ

Bakı-Tbilisi qatarı kimlər üçün pulsuz olacaq?

Bakı-Tbilisi

İlhamə

Müəllif

İlhamə Vəliqızı

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.Ulusum.az xəbər verir ki, qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə biləcək. 5–10 yaş arası uşaqlar üçün isə biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Diqqət Çəkənlər

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

WUF13 Rekord sayda iştirakçı və tərəfdaşın iştirakı və Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində

Seçilən
141
18
ulusum.az

10Mənbələr