"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" qəzeti ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Bir müddət məşqçilik etməyəcəyəm. Əminliklə deyə biləcəyim tək şey budur. And içirəm: əgər gücüm çatsaydı, burada onlarla birlikdə olar, hələ də burada qalardım. İstirahətə layiqəm".
"Mançester Siti" bu gün - 24 mayda Qvardiolanın rəhbərliyi altında son oyununu Premyer Liqada "Aston Villa" ilə keçirəcək.
55 yaşlı Xosep Qvardiola "Mançester Siti"də keçirdiyi 10 il ərzində klubla 20 kubok qazanıb. O, bu müddətdə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub (2017/2018, 2018/2019, 2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), o cümlədən Çempionlar Liqası titulunu (2022/2023) qazanıb.
Mirağa