Avropa Gimnastika İttifaqının (Avropa Gimnastikası) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakı ilə bağlı bütün məhdudiyyətlərin ləğv olunması barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (World Gymnastics) də rusiyalı və belaruslu idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldıraraq onların bayraq və himnlə beynəlxalq turnirlərə tam şəkildə qayıtmasına icazə vermişdi.
Avropa Gimnastikası rəsmi saytında yayımlanan bəyanatda deyilir:
“Avropa Gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının qərarına uyğun hərəkət edəcək və Rusiya ilə Belarus idmançılarının iştirakına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıracaq. Çünki Dünya Gimnastikası xüsusi qaydaları artıq qüvvədə deyil. Bu qərar yaxın vaxtlarda keçiriləcək növbədənkənar onlayn Baş Assambleyada ratifikasiya olunacaq”.