AZ

Mourinyo “Real”da onlar arasında seçim edəcək: Biri gedəcək…

“Real”a təyinatı gözlənilən “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandada Federiko Valverde və Orelien Çuameninin eyni vaxtda qalmasını istəmir.

Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis heyəti optimallaşdırmağa və onun oyun sistemini poza biləcək daxili rəqabətin qarşısını almağa çalışır.

Xəbərdə qeyd olunur ki, Valverde ilə Çuameni arasında baş verən dava komandadaxili birliyin zəif olduğunu göstərib. Mourinyo isə rəhbərlik etdiyi bütün kollektivlərdə məhz bu amilə xüsusi önəm verir.

Seçilən
45
50
publika.az

10Mənbələr