AZ

İran düşmənlərinə xəbərdarlıq etdi: "Düzəlməz zərbə alacaqlar"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının baş müşaviri Məhəmməd Rza Nəqdi ölkənin xarici düşmənlərinə qarşı sərt xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə general-mayor yerli mətbuata açıqlamasında bildirib.

Məlumata görə, M.R.Nəqdi rəqib tərəflərin hər hansı bir strateji səhvə yol verəcəkləri təqdirdə İrandan "düzəlməz zərbə" alacaqlarını vurğulayıb.

Baş müşavirin açıqlamasında qeyd olunub ki, Tehrana qarşı yönələn təzyiqlərin və hərbi cəhdlərin əsas pərdəarxası məqsədi İslam Respublikasını devirməkdir. Lakin general hazırda regionda tamamilə əks proseslərin baş verdiyini və mövcud sistemin təməllərinin daha da möhkəmləndiyini iddia edib.

Bildirilir ki, SEPAH rəsmisi İranın müdafiə potensialının hər növ xarici müdaxiləyə cavab verməyə hazır olduğunu xatırladaraq, ölkənin milli təhlükəsizlik maraqlarının qətiyyətlə qorunacağını diqqətə çatdırıb.

İran rəhbərliyi vurğulayıb ki, regionda sabitliyi pozmağa yönəlmiş istənilən addım qarşı tərəf üçün ağır nəticələrə səbəb olacaq.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
26
1
redaktor.az

2Mənbələr