AZ

Tramp regional liderlərdən İsrail ilə sülh müqaviləsi imzalamağı İSTƏDİ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bir neçə ərəb və digər müsəlman ölkəsinin liderləri ilə keçirdiyi konfrans zəngi zamanı onlara mühüm çağırış edib. Tramp rəsmi Tehranla müharibəyə son qoyacaq yekun saziş əldə olunacağı təqdirdə, bu ölkələrin İsrail ilə sülh müqavilələri imzalamasını istədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, portal bu gizli diplomatik gedişin təfərrüatlarını sözügedən telefon danışığından birbaşa xəbərdar olan iki yüksəkrütbəli ABŞ rəsmisinə istinadən ictimailəşdirib. Bildirilir ki, şənbə günü baş tutan geniş tərkibli konfrans zəngində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, Bəhreyn, Türkiyə və Pakistan rəhbərləri iştirak ediblər.

Şuranın regional strategiyalarına yaxın qaynaqlardan qeyd olunub ki, ABŞ Prezidenti İranla aparılan genişmiqyaslı sülh danışıqlarını Yaxın Şərqdə yeni bir regional təhlükəsizlik arxitekturası qurmaq üçün fürsət kimi dəyərləndirir. Ağ Ev rəhbəri region liderlərinə mesaj verərək, Vaşinqtonun İranla savaşı bitirəcək Anlaşma Memorandumunu tamamlamaq ərəfəsində olduğunu və bunun müqabilində ərəb-müsəlman dünyasının İsrail ilə münasibətləri tam normallaşdırmasını gözlədiyini vurğulayıb.

Bildirilir ki, danışıq zamanı regional liderlər də öz növbəsində Trampı ABŞ və İsrailin fevral ayından bəri İrana qarşı apardığı müharibəni dayandıracaq sazişi qəbul etməyə və regionda gərginliyi azaltmağa çağırıblar. Liderlər "Bütün regionun xeyri üçün bu müharibəni dayandırın" mesajını rəsmi Vaşinqtona çatdırıblar. Tramp isə bu zəngdən dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə də ayrıca və olduqca səmərəli bir telefon danışığı apardığını bəyan edib.

ABŞ rəsmiləri vurğulayıblar ki, Hörmüz boğazının yenidən gəmiçiliyə açılmasını və İrana qarşı blokadanın qaldırılmasını nəzərdə tutan bu qlobal sülh planı, eyni zamanda İsrailin regional inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
redaktor.az

2Mənbələr