AZ

"İranla saziş hələ tam razılaşdırılmayıb"

İranla saziş hələ tam şəkildə razılaşdırılmayıb.

 

Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"Əgər mən İranla saziş bağlasam, bu, [ABŞ-nin 44-cü Prezidenti Barak] Obamanın bağladığı kimi olmayacaq, yaxşı və düzgün saziş olacaq. Obama İrana böyük məbləğdə nağd vəsait vermiş və ona nüvə silahı əldə etmək yolu açmışdı", - deyə ABŞ prezidenti bildirib.

 

"Bizim razılaşmamız bunun tam əksidir, amma heç kim onu​​görməyib, heç kim onun nə olduğunu bilmir. Hələ ki, tam şəkildə razılaşdırılmayıb. Ona görə də haqqında heç nə bilmədikləri mövzuları tənqid edən uğursuz adamlara qulaq asmayın. Məndən əvvəl olub bu problemi illər əvvəl həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram", - deyə o bildirib.

 

Trend

Tarix: 25 May 2026, 00:13   
Seçilən
73
pravda.az

1Mənbələr