AZ

Rubio: İran ABŞ-nin şərtləri ilə razılaşsa, bizdən faydalar görəəcək...

ABŞ dövlət katibi nüvə proqramı üzrə razılaşma qarşılığında Tehrana iqtisadi və siyasi üstünlüklər vəd edib...

Poliqon xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İranın Vaşinqtonla razılaşmaya getməsi halında tərəflərin müəyyən “faydalardan” yararlana biləcəyini bildirib.

Dövlət katibi India Today kanalına verdiyi müsahibədə qeyd edib ki, mümkün saziş çərçivəsində İranın nüvə silahı əldə etməsinin qarşısı tam şəkildə alınmalı, zənginləşdirmə və yüksək zənginləşdirilmiş uran məsələləri isə tam tənzimlənməlidir.

Rubio bildirib ki, razılaşma əldə olunacağı təqdirdə ABŞ regionda sabitliyi təmin edəcək addımlar ata və İran üçün müəyyən üstünlüklər yarada bilər. Onun sözlərinə görə, məqsəd İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin edən uzunmüddətli və dayanıqlı mexanizmin yaradılmasıdır.

Dövlət katibi eyni zamanda vurğulayıb ki, saziş yalnız texniki deyil, həm də siyasi öhdəlikləri əhatə etməli və tərəflər arasında etimad mühiti formalaşdırmalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında aparılan dolayı danışıqlar son dövrlərdə intensivləşib, lakin tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılıqları hələ də qalmaqdadır.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr