AZ

Beşiktaş dan Qurban Qurbanov açıqlaması

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beşiktaş klubunun futbol direktoru Önder Özen son günlər gündəmə gələn Qurban Qurbanov iddialarına münasibət bildirib.Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərdə Beşiktaşın hazırda Qarabağ FK-ya rəhbərlik edən Qurban Qurbanovla maraqlandığı iddia olunurdu. Önder Özen isə açıqlamasında bu xəbərləri təkzib edib:“Hazırda yeni baş məşqçinin kimliyi dəqiq müəyyənləşməyib. Qurban Qurbanovla bağlı hər hansı təşəbbüsümüz və ya marağımız yoxdur”.Beşiktaş rəsmisi Qurban Qurbanov haqqında yüksək fikirdə olduqlarını da vurğulayıb:“Qurban çox dəyərli və son dərəcə uğurlu məşqçidir. Ona böyük hörmətimiz var. Amma hazırda Beşiktaşın gündəmində belə məsələ yoxdur”.Önder Özen yayılan xəbərlərin klubla əlaqəsinin olmadığını da əlavə edib.Qeyd edək ki, son illərdə Qarabağla qazandığı uğurlar sayəsində Qurban Qurbanovun adı vaxtaşırı Türkiyə və Avropa klubları ilə hallandırılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr