AZ

WUF13 Cənubi Qafqazda Azərbaycanın davamlı inkişaf və şəhərsalma sahəsində liderliyini daha da gücləndirir ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 may, AZƏRTAC

Tarixin ən böyük WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bakı artıq mühüm beynəlxalq məsələlərin müzakirəsi üçün strateji məkana çevrilib.

Bu barədə AZƏRTAC-a politoloq Aydın Tağıyev deyib.

O bildirib ki, Dünya Şəhərsalma liderliyi mövzusunda bütün dünya ictimaiyyəti Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən siyasətini alqışladı. Bu, Azərbaycanın urbanizasiya və müasir şəhər planlaşdırması sahəsində regional deyil, qlobal aktora çevrildiyini göstərir.

Demək olar ki, dünyada milyardlarla insan qeyri-kafi mənzil şəraitində yaşayır. Digər tərəfdən iqlim dəyişikliyi, müharibələr və miqrasiya şəhərlərin yükünü artırır. Tədbirdə bu problemlər detallı müzakirə edildi. BMT-nin qəbul etdiyi “Yeni Urban Agenda”nın icrası barədə hesabat və yeni öhdəliklər gündəmdə oldu: "Fikrimcə, forum vasitəsilə bu böhrana daha innovativ beynəlxalq həll yolları tətbiq olunacaq. Bu tədbir Azərbaycan üçün postmünaqişə gündəliyinin vacib tərkib hissəsi oldu. WUF13 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa və quruculuq işlərinin beynəlxalq səviyyədə tanınmasının növbəti mərhələsi oldu. Bu, həm də Azərbaycanın münaqişədən sonra inkişaf modelinin nümunə kimi təqdim edilməsinə mühüm şərait yaratdı".

A.Tağıyev qeyd edib ki, tədbirin Azərbaycan üçün siyasi əhəmiyyəti olduqca genişdir. Bakının bu tədbirə ev sahibliyi etməsi də Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Digər aspekdən yanaşdıqda regional liderlik rolunu göstərir və sübut edir. WUF13 Cənubi Qafqazda Azərbaycanın davamlı inkişaf və şəhərsalma sahəsində liderliyini daha da gücləndirir. Göründüyü kimi, Bakı və digər şəhərlərdə aparılan müasir infrastruktur layihələri forumda nümunə kimi dünyaya təqdim olundu.

“WUF13” Bakıda keçirilməsi Azərbaycanın urbanizasiya, enerji və davamlı inkişaf sahəsində beynəlxalq nüfuzunu artıracaq. Bu, həm daxili imic, həm də xarici siyasət baxımından Azərbaycanın strateji mövqeyini gücləndirən mühüm hadisədir. Sadə dillə desək, Bakı 2026-cı ilin mayında dünyanın şəhər siyasətinin paytaxtına çevrildi. Burada müzakirə olunan qərarlar təkcə Azərbaycan üçün deyil, bütün dünya şəhərlərinin gələcəyi üçün yol xəritəsi oldu. Tədbir çərçivəsində keçirilən müzakirələr Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəni gücləndirdi“, - deyə politoloq qeyd edib.

A.Tağıyev deyib: "Bu gün dünya Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirir. Bu təcrübə postmünaqişə ölkələri üçün örnəkdir və Azərbaycanın model rolunu daha da möhkəmləndirir. Bu nümunəvi fəaliyyət, erməni tərəfinin illərlə apardığı təbliğat kampaniyasını tamamilə iflasa uğratmışdır. İnformasiya müharibəsində Azərbaycanın üstün mövqeyi bir daha təsdiqlənmiş, ölkəmizin quruculuq siyasəti beynəlxalq səviyyədə örnək kimi qəbul edilmişdir. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin ən parlaq təzahürüdür".

Qeyd edilib ki, WUF13 Bakıda keçirilən sadəcə bir forum deyil, həm də Azərbaycanın beynəlxalq səhnədə öz sözünü deməsi, dünya şəhərlərinin gələcəyinə yön verən tarixi bir hadisədir: "Onu da qeyd etmək istəyirəm ki, Bakı bu forumla qlobal urbanizasiya gündəminin mərkəzinə çevrildi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır və ölkəni urbanizasiya sahəsində regional lider kimi möhkəmləndirir. Mənzil böhranı, iqlim dəyişikliyi və qeyri-rəsmi məskunlaşmalar dünya siyasətində sabitlik və təhlükəsizlik üçün əsas mövzulara çevrilir. Forum Avropa İttifaqı, NATO və digər tərəfdaşlarla Azərbaycanın siyasi dialoqunu genişləndirəcək, xüsusilə enerji və şəhər inkişafı sahəsində mühüm əhəmiyyət kəsb edir. Bakı 2026-cı ilin mayında yalnız bir ev sahibi deyil, həm də dünya şəhər siyasətinin paytaxtı oldu. Burada qəbul edilən qərarlar gələcək nəsillərin yaşayacağı şəhərlərin taleyini müəyyən edəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
1
azertag.az

2Mənbələr