AZ

Vorren Baffet sərvətinin 90 faizini bir investisiyaya yönəldəcək: səbəb nədir?

Əfsanəvi investor Vorren Baffet uzun illər ərzində rəhbərlik etdiyi “Berkshire Hathaway” şirkətinin səhmdarlarına rekord gəlirlər qazandırıb. Şirkət 1964–2023-cü illər ərzində ümumilikdə 4 384 748 faiz gəlir əldə edib. 

Buna baxmayaraq, “Omahanın kahini” kimi tanınan milyarder vəsiyyətində fərqli strategiya seçdiyini açıqlayıb. Baffet 2013-cü ildə səhmdarlara ünvanladığı məktubunda bildirib ki, həyat yoldaşına ayrılan mirasın 90 faizi aşağı xərcli “S&P 500” indeks fonduna, qalan 10 faizi isə qısamüddətli dövlət istiqrazlarına yatırılmalıdır. 

Maliyyə eksperti hesab edir ki, indeks fondları adi investorlar üçün ən uyğun seçimdir. Onun sözlərinə görə, əksər insanlar fərdi səhmləri düzgün seçməkdə çətinlik çəkir və bu səbəbdən geniş bazarı əhatə edən fondlara investisiya etmək daha təhlükəsiz yanaşmadır. 

Məqalədə qeyd olunur ki, “S&P 500” indeksi 2023-cü ildə 24 faiz artım göstərib və investorlara müxtəlif sahələr üzrə fəaliyyət göstərən 500 iri şirkətə çıxış imkanı yaradıb. 

Eyni zamanda, Baffet risklərin balanslaşdırılması üçün portfelin bir hissəsinin dövlət istiqrazlarında saxlanılmasını tövsiyə edir. Bu istiqrazlar daha sabit gəlir və yüksək likvidlik təklif edir. 

Məqalədə həmçinin maliyyə məsləhətçiləri ilə işləməyin uzunmüddətli gəlirləri artırmağa kömək edə biləcəyi vurğulanır. ABŞ-ın “Vanguard” şirkətinin araşdırmasına əsasən, peşəkar maliyyə məsləhəti investorlara orta hesabla əlavə 3 faiz xalis gəlir qazandıra bilər.(valyuta)

Seçilən
40
3
azreform.info

4Mənbələr