Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik növbəti mövsüm üçün futbolçularından gözləntilərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis komandasından daha yüksək motivasiya və tam fədakarlıq tələb edib. Flik futbolçuların növbəti mövsümdə kluba və komandaya maksimum güc sərf etməli olduğunu bildirib.
“Almanlar heç vaxt dayanmırlar və mən futbolçularımdan məhz bu yanaşmanı istəyirəm. Növbəti mövsümdə daha böyük hədəflərimiz var”, - deyə
Flik komandanın qarşıdakı mövsümə ciddi hazırlaşmalı olduğunu vurğulayıb:
“Növbəti mövsüm üçün çox qətiyyətliyəm. Futbolçuların tam fədakar olmasını istəyirəm. Hər kəsin bu klub və bu komanda üçün bütün gücünü ortaya qoymasını istəyirəm”.
Qeyd edək ki, “Barselona” bu mövsüm ardıcıl ikinci dəfə La Liqanın qalibi olub. Kataloniya təmsilçisi çempionluq mübarizəsində İspaniyanın “Real Madrid” futbol komandasını qabaqlayıb. Çempionlar Liqasında isə Hansi Flikin komandası dörddəbir final mərhələsində İspaniyanın “Atletiko” futbol klubuna məğlub olaraq mübarizəni dayandırıb.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.