AZ

ABŞ və İran razılaşma üzrə prinsipial razılığa gəlib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma üzrə prinsipial razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

Bununla belə, nəşr qeyd edib ki, boğaz vasitəsilə gəmiçiliyin nə vaxt bərpa olunacağı və neft qiymətlərinin nə zaman aşağı düşəcəyi hələlik məlum deyil. Bildirilir ki, razılaşma əldə olunacağı təqdirdə İranın bu su arteriyasına hansı formatda nəzarət edəcəyi də aydın deyil.

Daha əvvəl "Fox News" da İranın çərçivə razılaşmasına prinsipial razılıq verdiyini və tərəflərin sənədi 95 faiz hazır vəziyyətə gətirdiyini bildirmişdi. Kanalın məlumatına görə, ABŞ prezidenti Donald Trump çərçivə sazişi üzərində işin yekunlaşdırılması üçün daha beş-yeddi gün vaxt verə bilər.

ABŞ prezidenti bundan əvvəl İranla razılaşmaların hələ tam şəkildə yekunlaşdırılmadığını bəyan etmişdi. O, həmçinin nümayəndələrinə Tehranla sazişin imzalanmasına tələsməməyi tapşırdığını bildirib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr