Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Fərzəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbov sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağsu rayonunda qeydə alınıb.
Belə ki, Qalib Fərzəliyev atasının evində oğlunu danlamağa başlayıb. Bu zaman Şamaxıdan atasıgilə qonaq gələn yeznəsi, 1979-cu il təvəllüdlü İlqar Şirinova ona irad bildirib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Qalib maşından qoyun qırxmaq üçün istifadə edilən qayçını götürərək yeznəsinə bədən xəsarətləri yetirib.
Daha sonra Qalib Fərzəliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.
Kamal Məmmədov