AZ

Hindistanda yanlışlığa görə 57 gün həbsdə qalan şəxsə kompensasiya ödəniləcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hindistanda məhkəmə, hava limanında yoxlama sisteminin səhvi səbəbindən 57 gün həbsdə qalan kişiyə dövlət tərəfindən kompensasiya ödənilməsi barədə qərar verib.

Bizimyol.info xəbər verir ki, "Independent"in yazdığına görə, hadisə Bhopal şəhərinin hava limanında baş verib. İş adamı Dehli üzərindən Malayziyaya gedərkən baqajında ənənəvi Hind ədviyyatları — “qaram masala” və qurudulmuş manqo tozundan hazırlanan amçur aparırmış.

Yoxlama zamanı skaner cihazı həmin maddələri səhvən heroin və psixotrop maddə kimi tanıyıb. Bundan sonra kişi narkotik maddələrlə bağlı qanunvericiliyə əsasən həbs edilib.

Nümunələr laboratoriyaya göndərilsə də, ilkin laboratoriya lazımi avadanlıq olmadığı üçün analiz apara bilməyib. Daha sonra materiallar mərkəzi laboratoriyaya göndərilib və orada baqajda narkotik olmadığı təsdiqlənib.

Lakin bu nəticə çıxana qədər həmin şəxs təxminən iki ay həbsdə saxlanılıb.

Məhkəmə qərarında bildirilir ki, həbs həm texniki səhv, həm də ekspertizanın gec aparılması səbəbindən baş verib və bu, insan azadlığı hüququnun pozulmasına gətirib çıxarıb.

Nəticədə dövlətə təxminən 9 min funt sterlinq məbləğində kompensasiya ödəmək öhdəliyi qoyulub. Zərərçəkmişin məsul qurumlara qarşı ayrıca iddia qaldırmaq hüququnun olması da qeyd edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
bizimyol.info

1Mənbələr