AZ

Ukraynanın 110 briqadası var, Avropada isə... Nazir

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna NATO-nu əhəmiyyətli dərəcədə gücləndirə bilər və buna görə də alyansa gedən yol açıq olmalıdır.

Axar.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

Yonson bildirib ki, İsveç Ukraynanın gələcək NATO və AB-yə üzvlüyünü dəstəkləyir.

Nazir müttəfiqlər arasında konsensusun olmadığını da etiraf edib:

"Onların bir çoxu Kiyevin NATO-ya doğru addımının Rusiya ilə gərginliyi artıra və ya alyansı davam edən müharibəyə cəlb edə biləcəyindən ehtiyat edir".

İsveçli nazir həmçinin qeyd edib ki, Ukraynanın böyük ordusu var, müharibə zamanı fəal şəkildə yeni hərbi texnologiyalar tətbiq edir, müdafiə istehsalı inkişaf edir:

"Avropanın başqa harasında 110 briqada tapa bilərik? Ukraynanın yaratdığı sistem kimi innovativ sistemi Avropanın başqa harasında tapa bilərik? Belə sənaye potensialını başqa harada tapa bilərik?".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
axar.az

2Mənbələr