AZ

Baş həkimə qarşı dələduzluqda təqsirləndirilərək bəraət alan şəxs yenidən məhkəmə qarşısında

Baş həkimə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cənnət Məhərrəmovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: Cinayət işində zərərçəkən kimi tanınan "Happy Smile" Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızı ilə müqaviləsi olub və müqaviləyə görə Cənnət Məhərrəmov klinikaya stomotoloji aparat verməli olub.


Ancaq Cənnət Məhərrəmov müəyyən səbəblərdən bu müqavilənin öhdəliklərini tam yerinə yetirə bilməyib. Yəni onlar arasında mülki münasibətlərdən irəli gələn bir əməkdaşlıq olub.


Cənnət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib.

 

Kamal Məmmədov 

Tarix: 25 May 2026, 08:37   
Seçilən
66
pravda.az

1Mənbələr