AZ

Messi də milyarder ulduzlar sırasına qoşuldu

Müəllif:Mehin Qasımova,Banco.az 

Argentinalı futbol ulduzu Lionel Messinin sərvəti 1 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi onun gəlirlərinə istinadən məlumat yayıb.

Messinin gəliri təkcə futbol karyerasından deyil, həm də reklam və investisiyalardan artıb.

Məlumata görə, Messi 2007-ci ildən bəri yalnız maaş və bonuslardan 700 milyon dollardan çox qazanıb. Beləliklə, o, Kriştiano Ronaldodan sonra milyarder statusuna çatan ikinci futbolçu olub.

Messi hazırda Amerikanın "İnter Mayami" klubunda oynayır. Onun klubdakı illik baza maaşı 25 milyon dollar, ümumi zəmanətli gəliri isə 28,3 milyon dollardır.

Oyunçunun müqaviləsində klub səhmlərinə sahiblik və "Apple" və "Adidas" ilə tərəfdaşlıqdan əldə edilən mənfəət payı ilə bağlı bəndlər də var.

Messinin illik gəliri təxminən 130 milyon dollar olaraq qiymətləndirilir.

Seçilən
36
1
banco.az

2Mənbələr