AZ

“Əsrimizə müvafiq bir əlifbayə keçməliyiz” Türkoloji Qurultaydakı çıxışlar │TARİXİ ARAŞDIRMA

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeganə Kamal Cabbarlı

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri

Xüsusi olaraq AzVision.az üçün Yazının əvvəlini oxumaq üçün:

1-ci hissə

2-ci hissə

3-cü hissə

4-cü hissə “Kommunist” qəzeti, 2 mart 1926-cı il, №52

Türkoloji qurultayında sərgilər

Türkoloji qorultayda açılan sərgilərdən bir qismini əvvəlcə yazmış idik, imdi digərindən bəhs edəcəgiz.

Türk mətbuatının əlli illigi münasibətilə açılan sərgi heç şübhəsiz digərlərindən ən mükəmməl və qiymətlisidir. Çünki bu sərgiyə girən hər kəs orada tarixin simasını, keçən cəmiyyətlərin və dövrlərin üzünü görüyor. İki yüz əllidən fazla komplekt və sairə ilə orada göstərilən bütün əsərlər əlli yılın tarixini öylə dadlı, öylə açıq bir dil ilə anlatıyorlar ki... İştə ən başda Azərbaycanın birinci qəzetəsi olan “Əkinçi”! (Həsən bəy Zərdabi)nin bu unutulmaz və qiymətli əsərinin qarşısında yarım əsrin həyatını və gedişatını görüyoruz. Əsasən oradakı bütün əsərlərin, böyük, küçük cildlərin o qədər qutlu bir ifadəsi var ki, insan bu tamaşadan həyatının bütün mənasını anlayaraq ayrılıyor. Əvət, bu əsərlərdən hər şeyi, fikirlərin necə rəhbərləndirildigini, kütlələrin necə aldatıl-dığını, kapitalist zəncirinin boyunları nə dadlı dillərlə təqdir edişini və sonra bu yalan və fəsad intriqalarına qarşı aparılan mübarizələrin necə yaşadığını həpsini, həpsini küçük bir tədqiq ilə ögrəniyoruz, gözlər hər bir əsərin üzərində tarixi, keçmiş bir dövrün şüarlarını həmən oxuyor. Çünki o dövr özünü tərif ediyor. Bəzən qaranlıq içində doğan bir yıldızın həyata nasıl nur verdigini, bəzən də aydın və nurlu bir simanın birdən birə qorxunc və qara bulutlar tərəfindən istila edildigini gözümüzlə görüyoruz. Bu sərgi o qədər düzgün və o qədər mənalı bir surətdə qurulmuş ki, beş dəqiqədə yarım əsri hər şəkli və hər halilə; doğmadan ölən fikirləri, yaşayan cərəyanları, böyük bir atəşin bir damla su ilə söndigini, bir qığılcımın kütləyə şəfaverici bir günəş yaratmaq qabiliyyətini hər kəsə bildiriyor. Orada biz dün ilə bu günü, dünki texnikanın bu günkü inqilab texnikası qarşısındakı sönüklügünü və heçligini görüyor və anlıyoruz ki, “dün”ün dar çərçivəsi, sənəti, fikri, elmi və hər şeyi ilə bütün kütləni boğar ikən, “bu gün” geniş bir sahədən hər dəmağa, hər fikrə və hər şeyə qutlu bir pərvazə götür halında nüfuz ediyor. Bundan sonra digər bir sərgiyi ziyarət ediyoruz. Burada müxtəlif millətlərin kitabları göstəriliyor. Tatarıstandan gələn kitablar həm texnika, həm müxtəlif və əhəmiyyətli mövzularda olmaq və xüsusilə, ədədinin fazlalığı etibarilə bu dairədəki kitablar arasında qiymətli bir mövqe tutuyorlar. Dağıstan, Qazaq, Krım və sair kitablar da inqilabın maarif və nəşriyyat işlərindəki qüvvətini göstərən bir qüvvətdədirlər. Bunlardakı texnika və sairə də türk xalqlarının inqilabdan sonrakı qazandıqları və yaratmaqda olduqları mədəniyyətin böyük bir nümunəsidirlər. Türkiyədən gələn nümayəndələrin gətirdikləri kitablar isə ayrı bir sıra işğal eləməkdədir. Bu kitabların həpsi Türkiyə Maarif Komissarlığı tərəfindən çıkarılmışdır.

Əhəmiyyətli mövzularda böyük cildlərdən olan bu kitablar Azərbaycan kitabxanalarına hədiyyə ediləcəklərdir.

Divarda Şuralar İttifaqındakı şərq millətlərinin dillərini və etnik mədəniyyətlərini ögrənən bir kaç cədvəl və xəritəsi vardır ki, qiymətli məlumat veriyorlar.

İştə Qurultayda açılan sərgilər bunlardan ibarətdir. Fəqət, bunların həpsinin dərinligində ayrı bir sərgi vardır ki, onu ancaq xudbin olmayan, gözlərinin rəngi bulanmayan kimsələr görə bilir: İnqilab və onun yaratıcıları! “Kommunist” qəzeti, 5 mart 1926 - cı il, №55.

Qəzet Qurultayın bağlanışını təsvir edən gözəl bir yazı dərc edir. Mədəni cəbhədə bir qalibiyyət daha Ümumittifaq Birinci Türkoloji Qurultayı, türk xalqları geniş əməkçi kütlələrinin qəti tələbi və səsinə - çox parlaq və inqilabi bir səslə cavab verdi, milyonlarla türk əməkçilərinin dörd gözlə gözlədikləri elmi - inqilabi addım atıldı: Birinci Türkoloji Qurultayı böyük və qəti bir əksəriyyətlə (101 səs lehinə və yalnız 7 səs əleyhinə olmaq üzrə) yeni latınca əlifbanı əsas olaraq qəbul etdi, bu əlifbanın bütün türk ölkələrində həyata keçirilməsini tövsiyə etdi! “Maarif Sarayı”nın qocaman zalını titrədən gurultulu alqış tufanı arasında qəbul edilən bu qərar Azərbaycan başda olmaq üzrə, Özbəkistan, Başqırdıstan, Qazax (Qırğız), Krım, Dağıstan, Şimali Qafqaz, Zaqafqaziya və sair türk cümhuriyyət və oblast nümayəndələrinin müştərək təklifi nəticəsində doğduğundan bu vaxta qədər çox mühüm olan tarixi bir məsələnin həllində hissiyatın degil, ancaq elmi və mədəni ehtiyacın hökm sürdügünə, açıq və aydın bir dəlildir. Yeni latınca əlifbanı köhnə və “yeni” ərəb əlifbasına nisbətən qat-qat və hər xüsusda üstünlüklü , elmi dəlillərlə ispat və təsdiq edən Qurultay, bu mühüm nəticəyi meydana atıb əldə edilincəyə qədər bu yolda bir çox məruzələrə qulaq asdı, sayısı onları aşan bir çox natiqlərin nöqteyi - nəzər, təcrübəvi dəlillərini ögrəndi və iştə böylə bil ogrənişdən sonra da, yeni - latınca əlifbanın lehinə olan son sözünü dedi! Yarım saat yerinə saatlarca danışan “İslahatçı” natiqlər öz dilləri ilə öz “Yeni” ərəb əlifbalarının qiymətsiz və dəgərsizligini meydana atmaqla bərabər, bunların “məsələnin həllini ikinci Qurultayacan təxir etmək” gibi mənasız təklifləri - istinad etdikləri əsasın çürüklügünə dair bütün “şübhə”ləri də tamam bərtaraf etmiş oldu. Elmi və həyati bir istinada malik olmayan “islahatçılar” hər çıxışlarında elmi maneələrə çarpdıqlarını bu “maneə”ləri atlatmaq imkanının qətiyyən mövcud bulunmadığına qənaət hasil edincə, sözü qurtaran aşiqlər gibi “yarım-yarım” bağırmağa, “Dönüşdə ehtiyatlı oliniz” demək gibi cümlələr fırlatmağa başladılar, amma “İnqilab və cəsarət!”- deyə qoca binayı sarsıdan inqilabi şüar, ərəb əlifbasının köhnəsinə də, “yenisinə”də dərin bir məzar qazmış və hazırlamış oldu!

Qurultayın qəbul etdiyi tarixi qərar birinci növbədə Qurultayı dəvət pişdarlafini (başçılıq) edən Azərbaycan əməkçilərini sevindirməlidir. Və böylə hərəkat, Azərbaycan əməkçilərinin tarixi haqqıdır! Neçə gündür ki, öz təmiz, Fətəli Axundovun əlifbası 60-70 yıl bundan əvvəl yeni - latınca əlifba haqqında yazmış olduğu məktubları nəşr ediyor. Bu məktubların hər sətri on yıllardan bəri çəkilən əmək və məşəqqəti, bütünlügü ilə aydınlaşdırdığı gibi, bu yoldakı maneələrin nə dərəcə müthiş olduğunu da ispat ediyor... Bu məktublardan başqa, digər bir çox acı təcrubələr, feodal və burjuaziyanın hökm sürdüyü ölkələrdə atılan hər hankı bir inqilabçı addımın şiddətli təzyiq qarşısında qalacağını ispat etməklə bərabər, digər tərəfdən əldə edilən nəticə, inqilabi addımlara mane ola bilən qədər tenini (vücudunu) yox, lafını daima meydana atmışdır. Yeni əlifba xüsusunda, altmış yıl bundan əvvəl Azərbaycanda atılan ilk addımlar, bugünki parlaq nəticəyə çatması, yuxarıdaki iddiamıza çox sağlam və pək qutlu bir dəlil təşkil etdigindən, inqilabi addım atılırkən “ehtiyatlı” degil, cəsarət və mətanət sahibi olmaq lazım gəldigi, bu təcrubə ilə də nəzərdən qaçırmamalı, unutulmamalıdır! Yeni əlifbayı həyata keçirmək yolundan birinci inqilabçı addımını atan Azərbaycan əməkçiləri Birinci Türkoloji Qurultayının türk əməkçilərini elmə yanaşdıran tarixi qərarını alqışlarkən, bu şərəfli günü unutmayacaq - böyük oktyabr inqilabının böyük fətvatını, siyasi və iqtisadi cəbhələrdə olduğu gibi mədəni cəbhələrdədə var güvvəsi ilə müdafiə edəcəkdir! “Kommunist” qəzeti, 7 mart 1926 - cı il, №56.

Qəzetin bu nömrəsində də Qurultayın bağlanışına dair daha bir məqalə yer alır. Türk proletar mədəniyyətinə doğru! Tarixi və son dərəcə mühüm bir vəzifəyi boynuna götürən Ümümittifaq Türkoloji Qurultayı, inqilabçı proletarların internasional inqilab marşı ilə son iclasını qurtardı - proletar hökumətinə istinad edən sağlam bir mədəniyyətin sarsılmaz əsasını qorumaqla, tarixi vəzifəsinə nəhayət verdi.

Birinci Türkoloji Qurultayı hər şeydən əvvəl şuralar ittifaqındaki türk əməkçi xalqlarının da artıq tamamən ayıldığını - bir daha qayıtmamaq üzrə köhnəlik uçurumlarından qurtardıqlarını parlaq və sönməz bir varlığa doğru irəlilədikləri hüququnu ispat etdiklərindən, bu varlıq müzakirə edilən bütün məsələlərdə öz təsirini göstərdi: bir çox elmi məsələlər, geniş kütlələrin tələbinə uyğun bir surətdə, həll edildi. Qurultayın səlahiyyətli qərarları, ancaq kütlənin arzusuna xidmət yollarından keçərək, tarixi nəticələr yaratdı.

Həll edilən məsələlərin hər birinə elmi və inqilabi bir baxış atdığımız zaman, bu məsələlər sırasında birinci növbədə əlifba məsələsini qeyd etmək lazım gələcəgi şübhəsizdir. Qurultay yeni - latınca - əlifbanı hər xüsusdaki iyiligini təsdiq ilə bu əlifbayı bütün türk xalqlarına tövsiyə etməklə, dünyaya bədəl, tarixi və inqilabi bir addım atmış oldu və iştə bu məsələnin həlli Qurultayın çox parlaq bir müvəffəgiyyətlə öz vəzifəsini bacardığına aydın bir dəlil oldu. İkinci qisim məsələlər ətrafında çox dayanmağa hacət yox. Qurultayın həll etdigi bu qisim məsələlər sırasında xüsusi olaraq, istilah məsələsini qeyd etmək lazımdır. Qurultay bu mühüm məsələnin həlli yolunda çox məşqul oldu - elmi və ədəbi dilimizi geniş əməkçi kütlələr arasında bilmək məqsədi ilə, mümkün olan sadəliyi, çarə və vasitələri göstərdi. Türk xalqları arasındaki rabitəyi qüvvətləndirə biləcək ədəbi bir dilin yaradılması yollarını qeyd etdi; ölkəşünaslıq, ana dili tədrisi üsulu haqqında əsaslı göstərişlərdə bulundu, digər tərəfdən isə türkolojiyə aid gələcəkdə həll ediləcək bir çox məsələlər də meydan çıxarmış oldu. Bu məsələlərin həlli isə sağlam bir təşkilat qurmaqdan asılı olduğundan, Qurultay təşkilat məsələləri haqqında da çox əlverişli qərarlar çıxardı. Nəhayət Qurultayın müvəffəqiyyətləri sırasında qeyd ediləcək əhəmiyyətli məsələlərdən biri də Böyük Oktyabr İnqilabı sayəsində Şuralar İttifaqındaki Türk Cümhuriyyətlərini mədəni-maarif cəbhəsində əldə etdikləri müvəffəqiyyətləri nümayiş etdirmişdir. Qurultay türk xalqlarının mədəni cəhətdən də fərsahlarla (əhəmiyyətli) irəlilədiklərini ispat etdi. Bu tarixi müvəffəqiyyətin də ancaq proletar hökuməti və şura quruluşundan doğduğu bir daha təsdiq edildi. Xaricdən gələn alimlərin də təqdir və təsdiq etdikləri gibi, çox sağlam və canlı izlər buraxmaqla qurtaran Birinci Türkoloji Qurultayının nəticələri dostların yüzünü güldürməklə bərabər, əksinqilabçı düşmənlərimizi də çıldırladacaqından, bu nöqteyi-nəzərdən də, Qurultayın unudulmaz işlər gördugünü qeyd etmədən keçmək olmaz. Xülasə, Birinci Türkoloji Qurultayı, türk əməkçi xalqlarının, gələcək böyük mədəniyyətinin təməlini (özül) qoydu. İki yıl sonra (Səmərgənd) də toplanacaq olan İkinci Qurultayacan bu təməlin sarsılmaz qatları qurulmağa başlayacaq - çox keçmədən, internasional mədəni qüvvətlərnən süslənən, türk - proletal mədəniy-yətinin bayramını kutlamış (təbrik etmiş) olacağız. “Kommunist” qəzeti, 7 mart 1926-cı il, №56

Yeni əlifba haqqında çıxışlar

Dörd martdakı səhər və axşam iclası Həsən Səbri Ayvazov yoldaşın nitqi Arkadaşlar! Bin səkkiz yüz doksan səkkizinci yılda müəllimlik və mühərrərlik edib, bu uzun müddətdə bir çox təcrübələr yapdım. Məlum olduğu üzrə Krımda İsmayıl bəy zamanında (1895) “Yeni Dünya” qəzetəsində “Dil və imlamızın islahı ətrafında” ünvanilə məqalələr yazub, əski əlifbanın gözəlligini yazıb göstərərək, onu mühafizə etdim. Krımda yeni islah edilmiş imla ilə kitablar çıxdıqdan sonra əski savada malik olanlar okuyamadılar. Bən yazdığım məqalələrdə ərəb hərfatının gözəlligini və imlamızın mühafizəsini bəyan etmişdim. Krımdakı kibi Kazanda da islahat yapılub, ancaq hərflərin quyruqları kəsilib - atılmışdır. Burada iki məsələ vardır. Ya əski hürfüvat (əlifba) üzrə qalmalıyız, ya da əsrimizə müvafiq bir əlifbayə keçməliyiz. (Alqışlar)

Krımda islah olmuş əlifba ilə bir “Gələməyəcəgəm” yazmaq başdan-ayağa rəzalətdir. (Alqışlar) Hər halda bu ikisindən birini qəbul etməlidir. Misal: Türkiyədə səltənəti yıkdılar. Xilafatı ayırdılar. Gördülər bundan da bir şey hasil olmadı. Hamısına bir təpik vurub atdılar. Bu işdə nə qadət, nə menşevik olmamalıdır. Biz ya ərəb, ya latınçı olmalıyız. Benim təklifim budur.

Sonra burada soldan sağa yazmaq haqqında bir çox tənqidlər edilir. Vəhalonki (halbuki) burada hamu nümayəndələri soldan sağa yazan görürəm. Çox yerdə ziyalılar türkcə bilmiyorlar. Rəqəmlərimiz də soldan sağa yazılmaqdadır. Ona görə də arkadaşlar, əgər latın hürufvatını (əlifba) qəbul etmək lazım görülərsə, o halda soldan sağamı, yoxsa sağdan solamı yazmaq məsələsi bizim üçün öylə bir müşkülat degildir. Ancaq burada Məqsudovun söylədigi sözlərdə mühüm bir nöqtə var ki, onu gözdən qaçırmaq olmaz. O dedi: Əlifba məsələsində öylə iş görməli ki, ayrılıq düşməsin, yəni türklər paçalanmasınlar. Bu xüsusda bən böylə bir təklif ediyorum, təklifimi yazmışam, indi oxuyuram: “Əsrlərdən bəri türk-tatar əqvamının kullana gəldigi ərəb əlifbasının islahına girişilməsi , bir tərəfdən hərf və imlamızın şəkil və nəfasətini (zərifliyini) qayb etdirməsi, digər tərəfdən bu gün islah edilmiş deyə ortaya atılan və qəbul etdirilməsinə çalışılan əlifbalarla təlim görənlərə əski şəkil hərf və imlamızla yazılmış işarələri oxumaqda müşkilat verməsi cəhətilə bən aşağıdakı təklifi yapıyoram: “Türk qövmlərinin yazı, dil və imlaca parçalanmaması və həpimizin bir yol ilə getməmiz üçün ya əski əlifba və imlada qalmalıyız, yaxud həpimiz müttəhid (birgə) bir əsri əlifbaya keçməliyiz, bunun üçün də azərbaycanlı qardaşlarımız tərəfindən tərtib edilmiş yeni türk əlifbasını bir pərvazə olaraq qəbul edərək, mükəmməl bir halə qonulması və ikinci bir islahə imkan bırakılması üçün bu əlifbanın islahı Türkoloji Qurultayı tərəfindən ayrılacaq elmi heyətə həvalə olunmalı və Səmərqənddə çağırılmasına qərar verilən Türkoloji Qurultayında qəti olaraq qəbul edilərək, mövqe tətbiqə qonulmasına girişilməlidir”. Çünki Azərbaycandakı yeni əlifba dəxi bu gün islahə möhtacdır. Digər tərəfdən, biz əski ərəb əlifbasını saxlamaq istərsək belə, ancaq üç-beş yıl yaşaya biləcək və nəhayət on yıldan sonra islah edilmiş şəklində də bagi (daimi) qalmayacaqdır.

Arkadaşlar, bu gün bizim aramızda mühafizəkarlar yoxdur. Hələ altı-yeddi əsr bundan əvvəl indiki ictimai yaşayışdan çox uzaqda bulunduğumuz halda türk-tatar xalqları əski türk əlifbasını ataraq ərəb əlifbasını qəbul etdi isə imdi biz də ərəb əlifbasını buraxaraq yeni əlifbayı qəbul edərsək, heç xəta etməyəcəyimiz kibi çox faydasını da görəcəgiz. (sürəkli alqışlar) Çobanzadə yoldaşın nitqi Bən zənnn ediyorum ki, burada ərəbçi yoldaşlardan daha yaxşı müdafiə etmək mümkün idi, zira o əlifbanın məziyyəti bunların göstərdiklərindən daha coxdur. Alimcan Şərəf yoldaş öz məruzəsində bir çox şeylər göstərdi, o zatən olduqca zəki və çalışqan bir şəxsdir.

Ərəb əlifbasilə məşğul olmayıb başqa məsələ ilə uğraşmış olsa idi yəqin ki, ortaya qiymətli bir əsər çıxarmış olardı.

Ərəb əlifbasının bir xasiyyəti var ki, onu çoxdan bəri tədqiqat ilə məşğul olan ərəb dilçiləri (filoloqları) da etiraf edirlər: ərəb sözünə heç vaxt bir səs saitə (səsli) əlavə edəməzsəniz ki, özünəməxsus bir nəhvi qanunı olmasın. Ərəb dilini yaxşı bilən bir adam “qətl” kibi üç səssiz hərfdən ibarət bir kəlməyi çox gözəl oxur və hər bir səs əlavə edildikcə nasıl oxumaq lazım gəldigini bilir. Lakin türk dili böylə degildir. Türk dili ilə ərəb dili arasında fonetika, qismən nəhv və sairə cəhətdən heç bir münasibət yoxdur. Türk dilində iki samitənin yanaşı gəlməsinə nadirəta (nadirən) təsadüf olunan bir şeydir. Buna görədir ki, yazı ilə dilin arasında ahəng olmadığından on ya on birinci əsrdən başlayaraq, ərəb əlifbası türk dilinin mahiyyətini çözmüşdür. Halbuki türk dilinin gözəlligini degil yalnız biz, hətta Lermantov, Maks (Avqust) Müller, Deni və sairələri kibi qərb ədib və şairləri də etiraf etmişlərdir. Məsələn: Maks Müller türk dilinin tərifində diyor ki: “İnsanın nə qədər yüksək və mükəmməl bir dil yarada bildigini ögrənmək istərsəniz türk dilini nümunə götürmək kifayət edir”. Qəzetin bu nömrəsinin 2 - ci səhifəsi də Qurultayın yeni qərarı haqqında alimlərin fikirlərini, imza və şəkillərini əks etdirməklə olduqca diqqətəlayiqdir. Həmin səhifənin təsviri aşağıdakılardan ibarətdir. Hüdud keçildi Bir müdhiş və əsrarlı dairə var idi. Bütün islam xalqları bəşəriyyətdən ayrılaraq, daimi olaraq bu dairə içərisində qalmağa məhkum edilmişlərdir. Lakin həyat bir dalğa kibi bütün maneələri aradan qaldırıyor. Böyük proletar inqilabı bu və ya başqa şəkildə olaraq bütün dünyayı titrətdi. Və islam dünyasının da yabancı bir vəziyyətdən çıxması lazımdı. İlk dəfə olaraq inqilabçı Türkiyə islamçılığın əsrarlı (sirli) dairəsini yırtdı və ilk mürtəce müəssisə olan xilafatı tamamilə atdı. İkinci müqəddəs və möhkəm addım Birinci Türkoloji Qurultayının iyirmi altıncı yıl martın dördündə çıxardığı qərarıdır. Bu qərar, son dərəcə mürtəce və ərəblər tərəfindən üzərimizə yüklənən əlifbayı məhkum etmiş və yeni türk (latın) sistemini təsvib (bəyənmə, təsdiq etmə) etmişdir.

Şuralar İttifaqında yaşayan türk xalqları martın dördündə “hüdud”i keçdilər. Bu hüdud içərisində isə əməkçi kütləsinin yeni müvəffəqiyyətlərdən ötrü geniş imkan vardır.

Ağamalı Oğlu

***

Birinci Türkoloji Qurultayda türk-tatar xalqları nümayəndələrinin əksəriyyəti tərəfindən latın əlifbası faydasına çıxarılan qərar bu xalqların həyatında tarixi bir dövr açmışdır.

Azərbaycan, Yakutstan və Şimali Qafqasiya Cümhuriyyətləri və Oblastlarında qalib gələn latın əlifbası, Şuralar İttifaqı bütün türk-tatar Cümhuriyyətləri və Oblastlarında, həmçinin bütün islam Şərqində qalibiyyət nümayişini yapacaqdır. Ərəb əlifbasının tamamilə məhv olması zamanın tələbidir. Şuralar İttifaqı ərəb əlifbasının möhkəm istehkamı olan Tatarıstanda belə ərəb əlifbası uzun müddət yaşamayacaqdır. Tatarıstan qomşu müsəlman əyalətlərndə öz mədəni nüfuzini saxlamaq üçün latın əlifbasına keçməlidir. Şura və Qızıl Hüdud xaricində bulunan Şərqin bütün dostları Birinci Türkoloji Qurultayının qərarlarını böyük ruh yüksəkliyi ilə alqışlamalıdırlar.

Professor Pavloviç

Latın əlifbası bütün dünya miqyasında ən çox intişar etmiş və asan bir əlifba olduğu üçün türk dünyasının bir çox tərəflərində öz ömrünü qurtarmış olan ərəb əlifbasına qalib gələcəgi şübhəsizdir.

***

Azərbaycan Cümhuriyyəti tərəfindən qəbul edilmiş yeni əlifbadan bəhs ilə qeyd etməliyəm ki, bir neçə əlamətlərdən sərf - nəzər ediləcək olursa, əlifbanın müvəffəqiyyətli olduğunu etiraf etmək olar.

***

Latın əlifbasını türk dillərində işlətmək çox böyük bir nəaliyyətdir. Fəqət, bir şərt vardır ki, bütün əlifbalar üçün məcburi olan elmi imla tələbləri bu latın əlifbasında dəxi unutulmamalıdır.

A. Genko

***

Latın əlifbası Şura və Qızıl Hüdud xaricində yaşayan türk xalqları arasında ixtilafa səbəb olmayacaqdır.

Tamamilə əksinə olaraq, bu əlifba ümumi savadsızlıq uğrunda bu xalqları daha mərbut (bağlı, bağlanmış) edəcək və bu vaxta qədər yalnız Avropa xalqlarına məxsus olan mədəniyyəti onlara yaxınlaşdıracaqdır.

Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi yanında bulunan Ümumittifaq Elmi Şərqşünaslıq Asasyonunun sədri: Mixail Pavloviç. 7.III.26.

***

“Birinci Ümumittifaq Türkoloji Qurultayı altı nəfərin bitərəf qalması və yeddi nəfərin əleyhinə yüz bir səs ilə latın əlifbası lehinə bir qərar qəbul edilmişdir. Bu əlifba Qafqasyanın türk və başqa tayfaları üçün yeni əlifba əsası olacaqdır. Bu qərarda göstərdigimiz yüz bir nəfər nümayəndə Qurultayın əksəriyyətini təşkil ediyorlar. Müxalifətdə qalanlar isə bu məsələ ilə bilavasitə əlaqədar olmadıqları üçün bitərəf qalmışlardır. Qafaqsya tayfalarından ibarət olan milli nümayəndələr, yeni latın əlifbası tərfdarı olduqlarını aşkar bir surətdə göstərmişlərdir. Latın əlifbasını ayrı-ayrı türk dilləri üçün uyğunlaşdırmaq məqsədi ilə düzəlmiş layihələr, bir-birindən fərqlidirlər.

Bu layihələri bir-biriilə uyğunlaşdırmaq və mükəmməl bir ümumi latın -türk əlifbası yaratmaq uğrunda səy etmək lazımdır.

A. Samayloviç Qurultayın son iclası Dünən axşam Qurultayın son iclasında professor Əli bəy Hüseyinzadə və Pavloviç məruzədə bulunmuşlardır.

Mandat Komissiyonu tərəfindən Cəlil Məmmədzadə yoldaş məruzədə bulunmuşdur. Qorkmazov yoldaş Qurultayın komissiyonları tərəfindən hazırlanan qərarları oxuyub, qərarlar Qurultayı tərəfindən qəbul edilmişlərdir. Sonra Salman Mumtaz, İbrahim, Alimcan, Oldenburq, Rəhimi, Cəbiyev, Baydursun və axırda Ağamalı Oğlu yoldaşlar danişub. Qurultay İnternasional nəğməsi ilə bitmişdir. İkinci Türküoloji Qurultayı Birinci Türküoloji Qurultayı ikinci qurultayın iki yıl sonra Səmərqənd şəhərində çağırılmasına qərara alır. (Davamı olacaq)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azvision.az

1Mənbələr