AZ

Bu ərazidə 4 saat işıq KƏSİLƏCƏK

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
16
redaktor.az

10Mənbələr